Cəmiyyət

Mehdiabad məktəbində yaxşı sinif rəhbəri necə təyin edilir?

Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəblə bağlı şikayət var.

Valideynlərdən biri “arqument.az”a deyib ki, ibtidai sinifi bitirən şagirdlərin valideynlərindən yaxşı sinif rəhbərinin təyin olunması üçün pullar yığılır.

Onun sözlərinə görə, pulları “valideyn komitəsi” toplayır.

“Hər təhsil sezonu öncəsi məktəbdə müxtəlif adlar altında – süpürgə, pərdə, təmir adı ilə pullar yığılır. Yəni bu ənənə hələ də davam edir. Amma artıq təhsildə yeni rüşvət yığma metodu kəşf olunub və bu metodu Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin rəhbərliyi kəşf edib”, – valideyn deyib.

Onun sözlərinə görə, “yaxşı sinif rəhbərinin təyin olunması” metodu ilə pul toplama kampaniyasından məktəbin direktoru Pənah Babayevin də xəbəri var.

Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəb qəsəbənin ən qədim məktəbi olmasına baxçayaraq, dərs davamiyyəti, təhsilin keyfiyyətinə görə geridə qaldığı deyilir.

Uzun illərdir ki, məktəbə rəhbərlik edən Pənah Babayevin isə məktəbdə keçirilən dərslərin keyfiyyətinin artırılması istiqamətində heç bir iş görmədiyi deyilir.

Mehdiabad 1 saylı tam orta məktəbi Abşeron-Xızı Regional Təhsil idarəsinə tabedir.

Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayevadır.

O, 2022-ci ilin aprel ayından Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik edir.

Sayt Abşeron-Xızı Regional Təhsil İdarəsi və məktəbin direktoru Pənah Babayevdən münasibət öyrənə bilməyib.

Bənzər yazılar

Back to top button