Hadisə

Marşrut sürücüsü onlarla insanın həyatını təhlükəyə atdı (VİDEO)

9 dekabr 17:54-də insanların həyatını təhlükəyə atan marşrut avtobusu kameraya düşüb.

Oxuculardan birinin Qaynarinfo-ya təqdim etdiyi videodan görünür ki, Azadlıq prospektində 65 saylı marşrut xətti üzrə hərəkət edən 99 LZ 861 dövlət qeydiyyat nişanlı, içi sərnişinlə dolu avtobusun sürücüsü tam olaraq əks istiqamətə çıxaraq hərəkət edib.

Videogörüntünü göndərən avtomobilin sürücü isə onun qarşısını kəsib öz yoluna qaytarmaq istəyib. Avtobus sürücüsü isə qarşılığında gec də olsa səhvini anlayıb öz zolağına qayıtmaq əvəzinə onun qarşısında dayanan avtomobilin də solundan manevr edib hərəkətini davam etdirib.

Bənzər yazılar

Back to top button