İdman

“Barselona” hücumçu transfer etdi – RƏSMİ

“Barselona” heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “Braqa”nın hücumçusu Fransişku Trinkayla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Barselona” 20 yaşlı futbolçunu mövsümün sonuna qədər “Braqa”ya icarəyə verib. Gənc futbolçu iyul ayında isə Kataloniya klubuna qoşulacaq. İspaniya mətbuatı “Barsa”nın bu transfer üçün 31 miyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Fransişku Trinkay bu mövsüm “Braqa”da keçirdiyi 22 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button