İdman

“Qarabağ”ın Avroliqadakı rəqibləri müəyyənləşdi

Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu E qrupuna düşüb. “Qarabağ” bu qrupda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubları ilə mübarizə aparacaq.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” “Anderlext” (Belçika), “Dinamo” (Xorvatiya) və “Spartak”la (Slovakiya) birlikdə D qrupuna düşüb.

“Beşiktaş” I qrupunda “Genk” (Belçika), “Malmö” (İsveç) və “Sarpsborq”la (Norveç) mübarizə aparacaq.

“Akhisar Bələdiyyəspor” isə J qrupuna düşüb. Türkiyə təmsilçisi “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya) və “Standard”la (Belçika) yarışacaq.

A qrupu
“Bayer” (Almaniya)
“Lüdoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
AEK (Cənubi Kipr)

B qrupu
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Leypsiq” (Almaniya)
“Rusenborq” (Norveç)

C qrupu
“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Praqa, Çexiya)

D qrupu
“Anderlext” (Belçika)
“Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Xorvatiya)
“Spartak” (Slovakiya)

E qrupu
“Arsenal” (İngiltərə)
“Sportinq” (Lissabon, Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
“Vorskla” (Ukrayna)

F qrupu
“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)

G qrupu
“Vilyarreal” (İspaniya)
“Rapid” (Vyana, Avstriya)
“Spartak” (Moskva, Rusiya)
“Reyncers” (Şotlandiya)

H qrupu
“Latsio” (İtaliya)
“Marsel” (Fransa)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Apollon” (Cənubi Kipr)

I qrupu
“Beşiktaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)

J qrupu
“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Belçika)
“Akhisar Bələdiyyəspor” (Türkiyə)

K qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Astana” (Qazaxıstan)
“Renn” (Fransa)
“Yablonets” (Çexiya)

L qrupu
“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Videoton” (Macarıstan)

Bənzər yazılar

Back to top button