Hadisə

Musiqi məktəblərinin ötən ilki məzunlarına DİPLOM verilmir – Açıqlama

Azərbaycanda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ötən ilki məzunlarına hələ də diplomlar verilməyib.

Baxmayaraq ki, üzərindən 1 ildən çoxdur vaxt keçib.

Bununla bağlı Bizim.Media-ya övladları musiqi məktəblərində təhsil alıb bitirən məzunların valideynləri müraciət ediblər.

Dediklərinə görə övladları ötən il məzun olsalar da, diplomların verilməsi nədənsə gecikir. Musiqi məktəblərindən valideynlərə “diplomların verilməsi Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Gözləyin…” deyə bildirilib.

Məsələni bir neçə ay əvvəl də ictimailəşdirmişdik. Amma problemin həlli ilə bağlı müsbət dəyişiklik yoxdur. Ümumiyyətlə, kağız parşasından ibarət olan diplomların hansı səbəbdən ləngiməsi səbəbi haqda heç bir məlumat verilmir.

Bizim.Media növbəti dəfə Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat katibi Aynur Kərimova məsələnin daxili nəzarət şöbəsində araşdırıldığını, araşdırma tam bitəndən sonra açıqlama verəcəklərini bildirib.

Bənzər yazılar

Back to top button