GündəmManşetSiyasət

Prezident İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib, dövlət başçısının saytı bildirib.

Görüş zamanı Əliyev qeyd edib ki, son illər Türkiyənin müdafiə sənayesi böyük uğurlar qazanıb. O bununla əlaqədar ölkənin hərbi-sənaye kompleksində “Baykar” şirkətinin aparıcı rolunu vurğulayıb.

Əliyev 44 günlük Vətən Müharibəsi zamanı erməni işğalçıların hərbi texnikasının məhv edilməsində “Baykar” şirkətinin məhsullarının mühüm rolunu xüsusilə qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesində də uğurla inkişaf etdiyi vurğulanıb.

Həmçinin əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button