Dünya

NASA fevralda Aya uçuş raketlərinin mühərrik sınaqlarına başlayır

ABŞ Milli Aeronavtika və Kosmik İdarə (NASA) mütəxəssisləri əvvəlki mühərriklər vaxtından əvvəl başa çatdığından fevral ayının sonunda Space Launch System (SLS) mühərriklərinin yeni atəş sınaqlarını keçirmək istəyir.

Qaynarinfo Kosmik departamentin saytına istinadən bildirir ki, artıq fevralın son həftəsində Mississippi-də NASA sınaq kompleksinin ərazisində xüsusi dayaqda quraşdırılmış dörd mühərriki sınaqdan keçirəcək.

Bundan əvvəl, 16 yanvarda mühərriklərin cəmi bir dəqiqə eyni vaxtda çalışdıqları sınaq keçirilib.

Bənzər yazılar

Back to top button