Cəmiyyət

Tanınmış jurnalist: “Pandemiya bitsin, bu adətləri bərpa etmək vacibdir”

Azərbaycanda yaşanan karantin günlərində əksər insanlar daha çox ticarət mərkəzlərinin, kafe və restoranların açılmasını səbirsizliklə gözləyir. Heç şübhəsiz ki, incəsənətin özləmini çəkənlər çox az saydadır.

Tanınmış jurnalist Azər Sarıoğlu bu mənada sosial şəbəkə vasitəsilə təəssübkeşliyi ehtiva edən bir paylaşım edib. Özününün feysbuk hesabında o, unudulan bəzi dəyərlərin qaytarılmasının vacib olduğunu yazıb:

“Restoran, kafe, əyləncə mərkəzləri və “mall”lardan ötrü darıxanların sayı hesabı yox. Ancaq opera, balet, teatr həsrətini çəkənlər barmaqla sayılır. Köhnə şəhər adətləri müstəqillik dövründə unudulub. Hesab edirəm ki, həmin qaydaları mütləq qaytarmaq lazımdır. Əks halda, biz maarifləndirilməklə yola gələn deyilik. Məcburiyyət dövlət qulluqçularından başlamalı, məktəblərə qədər getməlidir. Məsələn, mən MSK-da işləyərkən, işçiləri qruplara bölərək məcburi qaydada həmkarlar təşkilatının hesabına tamaşalara aparırdılar. Bir-iki tamaşadan sonra əvvəlki tamaşalara könülsüz gedənlər bilet üstündə dava salırdılar. Sağlıq olsun, pandemiya bitsin, bu adətləri bərpa etmək vacibdir- PA-dan, MM-dən tutmuş MİS-lərə qədər”.

Bənzər yazılar

Back to top button