Siyasət

Qarabağdakı rusiyalı sülhməramlılar Azərbaycan toponimlərindən istifadə etməyə başlayıblar

Oktyabrın 25-dən Qarabağdakı rusiyalı sülhməramlıların bülletenlərində və dislokasiya xəritəsində tarixi Azərbaycan toponimlərindən istifadə olunmağa başlanılıb.

İlk dəfə Ağdərə, Xocavənd, Xankəndi adlarından istifadə edilib. Sülhməramlıların komandanlığının Bakı ilə müntəzəm ünsiyyəti, bölgədəki yaşayış məntəqələrinin elektrik və qaz təchizatının bərpası üzrə birgə tədbirlər barədə məlumat verilir.

Ancaq Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytındakı xəritədə tarixi adların hamısı əksini tapmayıb.

Orada əvvəlkitək Mardakert, Martuni və bir sıra digər erməni adları göstərilir.

Bənzər yazılar

Back to top button