İqtisadiyyat

Səhiyyə Nazirliyinin 5 milyonluq tenderinin qalibi bilindi – Alınanların siyahısı

Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Labservis LTD” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Nazirliyin Mərkəzi şirkətə laboratoriya reaktivləri və digər zəruri ləvazimatların alınmasına görə 5 milyon 128 min 186 manat 23 qəpik ödəyəcək.

Alınan reaktiv və digər zəruri ləvazimatların siyahısına buradan baxa bilərsiniz.

Nizamnamə kapitalı 2 min 400 manat olan “Labservis LTD” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

Bənzər yazılar

Back to top button