İdman

“Bayern Münhen” Qnabrini niyə satır?

“Bayern Münhen”in hücumçusu Serj Qnabri klubuyla yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Fanat.az “Kicker”ə istinadən xəbər verir ki, tərəflər bir neçə aydır danışıq aparsalar da, Münhen təmsilçisinin təklif etdiyi şərtlər Qnabrini qane etmir.

Belə ki, sözügedən oyunçu bonusları çıxmaq şərti ilə ildə təxminən 15 milyon avro maaş istəyir ki, bu da Almaniya nəhənginin maliyyə planları ilə üst-üstə düşmür. Mənbə Münhen təmsilçisi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatacaq futbolçunun satılmaq ehtimalının yüksək olduğunu açıqlayıb.

“Transfermarkt” portalı Qnabrinin transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Bənzər yazılar

Back to top button