Rusiya alimləri Marsa casus göndərəcək

Print Friendly, PDF & Email

Rusiya alimləri planetin səslərini yazmaq üçün Marsa diktofon göndərəcəklər.

Aztoday.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatları İnstitutunun laboratoriyasının rəhbəri Daniil Rodionov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.
Marsda səslərin yazılması üçün diktofon “ExoMars-2020” missiyasının enmə platformasının meteokompleksinin tərkibinə daxil ediləcək.

“ExoMars-2020” “ExoMars” birgə Rusiya-Avropa missiyasının ikinci mərhələsidir. İkinci mərhələyə Rusiya enmə platforması və Avropanın Marsda gəzən robotu daxil ediləcək. Platformada 11 Rusiya və 2 Avropa cihazı qurulacaq. Aparatların “qırmızı planet”ə təxminən 2021-ci ilin martında enməsi gözlənilir.

...