İdman

Emin Mahmudov: “Oyundan sonra səhərə kimi onu düşündüm”

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İordaniya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, keçirilən mətbuat konfransında deyib:

“Baş məşqçinin də dediyi kimi oyuna ciddi yanaşırıq. Yoldaşlıq oyunu olsa belə, məqsədimiz oktyabr ayındakı oyunlarda bir-birimizi daha yaxşı başa düşməkdir. Sabah qalib gəlmək istəyirik. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib sürəlti əks-hücumlar qurmağıı bacarır. Çalışacağıq ki, öz oyunumuzu göstərək.

Belçika ilə oyunda əldə etdiyim epizod qol olmalı idi. Mənim üçün yaxşı şans idi Rahat vuracağımı zənn etdim. Rahatlıq məni çaşdırdı. Oyundan sonra səhərə kimi onu düşündüm”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – İordaniya görüşü saat 20:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button