İdman

Ramil Quliyev Avropada ilk “üçlük”də

Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət siyahıya düşüb.

Qol.az-ın Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.

Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Quliyev avqustda Birmingemdə təşkil edilən “Brilliant Liqa”da da qızıl medal qazanmışdı.

Bənzər yazılar

Back to top button