Gündəm

Prezident Dövlət Neft Fondunun büdcəsi haqqında fərmanı dəyişdirdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Aztoday.Az-ın məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33, № 5, maddə 782) aşağıdakı dəyişikliklər edilib:

Fərmanın 1-ci hissəsində “8370589,8” və “14483856,0” rəqəmləri müvafiq olaraq “10813861,6” və “15242928,0” rəqəmləri ilə əvəz edilsin.

2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7550705,3” rəqəmləri “9826212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3465,0” rəqəmləri “3605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16830,0” rəqəmləri “17688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799094,6” rəqəmləri “963948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8370589,9” rəqəmləri “10813861,6” rəqəmləri ilə əvəz edilsin.

3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

105 000,0

3.2.

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

6 100 000,0

3.3.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi

7 500 000,0

3.4.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

165 825,0

3.6.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın maliyyələşdirilməsi

29 304,0

3.7.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

496 155,0

3.8.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan  Respublikasının iştirak payının maliyyələşdirilməsi

744 072,0

3.9.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 572,0

Cəmi

15 242 928,0

Fərmana aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi”.

Bənzər yazılar

Back to top button