Hadisə

Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

AzToday az APA-ya istinadən xəbər verir ki, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Bənzər yazılar

Back to top button