Səddamın katibi də imzalamışdı: 2001-ci il tarixli şok sənəd ORTAYA ÇIXDI

Print Friendly, PDF & Email

Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb.
AzToday.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları – CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.
İraq kəşfiyyatı tərəfindən 18 sentyabr 2001-ci ildə hazırlanan sənədə görə, Suriyada PYD-nin, İraqda isə Məsud Bərzaninin pirat dövlət qurması üçün zəmin hazırlayan “Tövhid və Cihad”ın qurulması prosesini Bərzani də dəstəkləyib.
Dövrün İraq prezidenti Səddam Hüseynin katibi Abed Hummudun imzasının da olduğu sənəddə Bərzani və Yaxın Şərqin “müasir Lavrense”ni (Birinci Dünya Müharibəsi dövründə ərəbləri Osmanlı İmperiyasına qarşı qaldıran ingilis zabiti, arxeoloq, casus və yazıçı Tomas Eduard Lavrense – red) adlandırılan Bernard Henri Levyin bu məqsədlə danışıqlar apardığı yazılır.
“Tövhid və Cihad” adlı yeni bir təşkilatın qurulmasına dair Bernard Levy ilə Məsud Bərzaninin xüsusi danışıqlar apardığı kəşfiyyat qurumlarımız tərəfindən müəyyən edilib”, – sənəddə qeyd edilir.
2013-ci ildə Suriyada “İraq Şam İslam Dövləti”adı ilə döyüşə girdiyini elan edən təşkilat 2014-ci ilin əvvəlindən etibarən Suriya müxalifətinə aid ərazilərə hücum edərək ölkənin 34 faizini ələ keçirdi. Suriya hökuməti və PYD-yə aid bölgələrə hücumlardan uzaq duran İŞİD 2016-ci ilin əvvəlindən etibarən əlindəki əraziləri PYD-yə təslim edərək geri çəkilib.
2014-ci ilin may-iyun aylarında Mosul və Kərkük daxil olmaqla, İraqda çox bölgədə nəzarət təmin edən İŞİD 2015-ci ilin sonlarından etibarən işğal etdiyi və türkmanlarla ərəblərə aid bölgələri Peşmərgəyə təslim edib.
Qeyd edək ki, yəhudi olduğunu gizlətməyən Levy Şimali İraq kürd muxtariyyətində keçirilən referendumun memarlarından biri sayılır.

...