İqtisadiyyat
DSMF 556 min manata ofis icarəyə götürdü
Dövlət Sosial Müdafiə Fondu 556 min 200 manata ofis icarəyə götürür.
Qaynarinfo xəbər verir ki, fond bu məqsədlə satınalma müsabiqəsi keçirib. Müsabiqənin qalibi Qaze Həsən qızı Həsənova olub.
Tenderin şərtlərinə görə, 12 ay ərzində 3 min m(2) ofis sahəsinin icarəsi üçün fiziki şəxsə 556 min manat ödəniləcək.