Rusiya ərəbləri kosmosa çıxarmaq istəyir

Print Friendly, PDF & Email

Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlığa dair razılığa gəlib.

AzToday.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, razılaşma Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü çərçivəsində imzalanıb.

İki ölkə rəhbəri ümumilikdə 14 sənədə imza atıb.

Qeyd edək ki, Səudiyyə kralının Rusiyanı ziyarəti oktyabrın 7-də başa çatacaq. Salman bin Əbdüləziz, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.

...