Xəbərlər

Pomidor Azərbaycanın ixracatında neftdən sonra ikinci yerdədir

2017-ci ilin 7 ayında Azərbaycandan 855 mln dollarlıq qeyri-neft məhsulları ixrac edilib, deyə Gömrük Komitəsi bildirir. İxrac məhsullarının istehsalı ilə 1333 subyekt məşğul olub.

Azərbaycan malları alan ölkələrin beşliyinə Rusiya (bu ölkəyə $311 mln məbləğində məhsul ixrac edilib), Türkiyə ($178 mln), Gürcüstan ($78 mln), İsveç ($77 mln) və Türkmənistan ($38 mln) daxildir.

Azərbaycanın xaricdə neftdən sonra ən çox alınan malı pomidordur. Cəmi $127,9 mln məbləğində pomidor ixrac edilib. İkinci yerdə qızıl ($60,7 mln), sonra polietilen (ilkin xüsusi kütlə formasında 0.94 – $54,4 mln) gəlir.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 7 ayında 8.3 dəfə çox pambıq lifi, 3.2 dəfə çox elektrik enerjisi, 60% çox çay, 42% çox meyvə-tərəvəz, 30% çox kimya məhsulları, 29% çox alüminium və alüminium malları, 26% çox spirtli və alkoqolsuz içkilər, 12% çox plastmas və plastmas malları ixrac edilib.

2017-ci ilin iyulunda 459 iqtisadi subyekt xaricə $117 mln məbləğində qeyri-neft məhsulları ixrac edib.

2017-ci ilin iyulunda əsas ixrac malları qızıl, albalı, gilas, metanol, pomidor, polietilen (0.94-dək ilkin xüsusi kütlə formasında), çuqun yarımfabrikatı (karbon tərkibi 0.25%-dən çox), alüminiumdan hazırlanan yarımfabrikatlar (0,2 mm-dən çox qalınlığında plitələr, təbəqələr), şəkər, ərik və s ixrac olunub.

Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələrin beşliyinə Rusiya ($37 mln), Türkiyə ($34 mln), İsveç ($10 mln), Gürcüstan ($9 mln) və Türkmənistan ($5 mln) daxildir, – deyə Gömrük Komitəsi bildirir.

Bənzər yazılar

Back to top button