Hadisə

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşını qatar vurub

“Azərbaycan Dəmir Yolları” QSC-də fəhlə işləyən kişini teplovoz vurub.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.

Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.

Bənzər yazılar

Back to top button