İdman
“Bavariya”nın yeni baş məşqçisi məlum olub
“Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Aztoday.Az-ın APA-ya istinadən məlumatına görə, Karlo Ançelottinin istefasından sonra boşalan vakant posta Yup Haynkes gətirilib.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 72 yaşlı mütəxəssis bununla 4-cü dəfə münhenliləri çalışdıracaq. O, daha əvvəl 1987-1991, 2009, 2011-2013-cü illərdə bu vəzifədə işləyib.