Daha bir telekanalın rəhbərliyi dəyişdirilir? – İDDİA

Print Friendly, PDF & Email

Lider TV kanalının müflisləşmək üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

Aztoday.Az primetime.az-a istinadən xəbər verir ki, hazırda vəziyyəti gərgin olan telekanalın işçiləri artıq beş aydır ki, maaş almır.

Kanal daxilində yayılan məlumatlara görə, artıq Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedib. Onun gələn həftənin birinci günündən postunu tərk edəcəyi deyilir.

Qeyd olunur ki, Ə. Əliyevin əşyaları Lider TV-dən daşınır və onun şəhərdəki evinin qarajına yığılıb. Bu posta “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev təyin edildiyi iddia olunur.

Kanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

...