Dünya

Bu otel ay sonuna qədər Ərəb kralına xidmət edəcək

Moskvanın ən prestijli otellərindən biri “Rits Karlton” oktyabr ayının sonuna qədər yalnız Səudiyyə Ərəbistanının kralı üçün xidmət göstərəcək.

AzToday.az Publika.az-a istinadən xəbər verir ki, paytaxtın ən bahalı mehmanxanalarından biri fəaliyyətə başladığı gündən etibarən ilk dəfə bütün otaqları bron edilir.

Oteldə nömrə götürmək istəyən ən nüfuzlu şəxslərə belə rəhbərlik üzrxahlıq edərək boş nömrələrin olmadığını bildirib. Mehmanxananın rəsmi saytında yerləşdirilən məlumata görə, kral Salman Al Səid tərəfindən rezervasiya edilən nömrələrdə ailəsi və kralın nümayəndə heyəti qalacaq.

Xatırladaq ki, Tokio səfərində 450 tona yaxın baqajla gedən kralı 10 təyyarə müşayət edib.

Bənzər yazılar

Back to top button