SiyasətXəbərlər

Deputat: Yeni sənəd Azərbaycanla Aİ arasında əlaqələrin inkişafında yeni səhifə açacaq

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bizim əlaqələrimiz dinamik inkişaf tempinə malikdir.

AzToday.az xəbər verir ki, Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Prezident İlham Əliyevin Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

E.Nəsirov vurğulayıb ki, Azərbaycanla Aİ arasında xüsusilə enerji təhlükəsizliyi sahəsində əlaqələr sürətlə inkişaf edir: “Bilirsiniz ki, Azərbaycan enerjinin şaxələndirilməsi siyasəti aparır və bu eyni zamanda Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi deməkdir. Ən başlıcası da Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində aparıcı qüvvədir və bu layihə ikitərəfli əlaqələrimizin ən mühüm təcəssümüdür”.

Deputat vurğulayıb ki, Azərbaycanla Aİ arasında əlaqələr Şərq Tərəfdaşlığı çərçivəsində də dinamik inkişaf edir: “Azərbaycan Aİ ilə münasibətlərini yeni bir strateji tərəfdaşlıq sənədi ilə davam etdirmək istəyir və sənəd üzərində iş getməkdədir. Bu sənəd Azərbaycan tərəfindən hazırlanaraq Aİ-yə təqdim edilib. Bunun özü də mühüm hadisədir. Çünki adətən Aİ tərəfdaş ölkələrə belə sənədlər təqdim edir, lakin bu addımı Azərbaycan atıb. Yeni sazişin imzalanması əlaqələrin inkişafında yeni səhifə açacaq”.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan Aİ ilə əlaqələrin inkişafına prioritet istiqamət kimi baxır və dövlət başçısı bunu keçirdiyi görüşdə bir daha vurğuladı.

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Bənzər yazılar

Back to top button