Siyasət

KİV: Ararat Melkumyan saxlanılıb

Xankəndidəki separatçıların “Milli Təhlükəsizlik Xidmətinin direktor”u Ararat Melkumyan Həkəri körpüsünün yaxınlığında saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı erməni mediasına istinadən “Caliber” yayıb.

Qeyd olunur ki, o, hazırkı “vəzifə”sindən əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri olub. A.Melkumyan general-mayor hərbi rütbəsinə malikdir. Məlumat hələ ki, rəsmi olaraq təsdiq edilməyib.

Bənzər yazılar

Back to top button