İcra başçısı Səlim Müslümovu hakimiyyət qapılarına minnətçi saldı – TƏFƏRRÜAT

Print Friendly, PDF & Email

Ağsu rayonunda total yoxlamalar başlayıb; yoxlamalar nəticəsində Ağsuda bir neçə məmurun həbs olunması qaçınılmaz olacaq; «Ağsuda hamı bilir ki, icra başçısı və müavinləri adətən günortadan sonra Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar; hazırda Ənvər Seyidəyliyev həbs olunmaqdan canını qurtarmaq üçün nazir Səlim Müslümovu hakimiyyət qapılarına minnətçi salıb …

Ağsu sakinləri rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevi və icra hakimiyyətinin digər işçilərini onların probllemlərinə biganə olmaqda və başçı başda olmaqla icra hakimiyyətinin işçilərinin adətən vaxtlarını Ağsu perevalında yerləşən restoranların birində qumar oynamaqla keçirməkdə ittiham edirlər.

Bir qrup Ağsu sakini adından ünvanlanan müraciətdə bildirilir ki, icra başçısı Ənvər Seyidəliyev rayon sakinlərinin sosial problemlərinin həlli ilə məşğul olmaqdan imtina edir. Bildirilir ki, Ənvər Seyidəliyev şikayətçiləri dinləmək istəmir və buna məcbur qaldıqda isə adətən şikayətçiləri acılayaraq onları haqsız çıxarır. Şikayətçilərin sözlərinə görə buna səbəb Ənvər Seyidəliyevin rayondakı bütün vəzifələri öz qohum-qardaşına paylamasıdır:

«Ənvər Seyidəliyev öz qohum-əqrabasına heç bir şey deyə bilmədiyinə və bütün özbaşanalıqların başında özü durduğu üçün şikayətçiləri ya dinləmir, ya da dinləyib boş söz verməklə kifayətlənir. Artıq rayonda hamı bilir ki, Ənvər Seyidəliyevə hansısa məsələ ilə bağlı şikayət etmək və yaxud ondan hansısa problemin həllini istəmək boş və mənasız bir işdir».

Ağsu sakinləri bildirir ki, artıq onlar Ənvər Seyidəliyevin istefaya yollanılması ilə bağlı imza toplamğı və həmin imzaları prezident İlham Əliyevə ünvalamğı düşünürlər: «Bizim başqa yolumuz yoxdur. Ağsuda özbaınalığa son vermək üçün ancaq prezdentimizə inanırıq. İnanırıq ki, cənab prezident İlham Əliyev yaxın vaxtlarda Ənvər Seyidəliyevi Ağsuda yol verdiyi özbaşınalıq və qanunsuzluqlara görə işdən çıxarıb məsuliyyətə cəlb etmək barədə göstəriş verəcək. Bunun üçün də Ənvər Seyidəliyevin vəzifədən götürülməsi üçün imza toplayıb prezidentə müraciət etməyi düşünürük. Müraciətdə Ənvər Seyidəliyevin və qohumlarının bu günə qədər törətdikləri bütün özbaşanalıqları göstərəcəyik», deyə şikayətçilər bildirilir.

Daha sonra Ağsu sakinləri bildirir ki, icra başçısı Ənvər Seyidəliyev və müavinləri adgətən günorta saatlarından sonra vaxtlarını Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynamaqla keçirirlər. Bu barədə şkayətçilər aşağıdakıları bildiriblər:
«İcra başçısı Ənvər Seyidəliyev və müavinləri adətən günortadan sonra Ağsu perevalında Şamaxı rayonu ilə Ağsu rayonu arasında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar. Bunu Ağsuda artıq hamı bilir. Hamı bilir ki, günortadan sonra Ənvər Seyidəliyevi və icra hakimiyyətinin işçilərini qumar stolu arxasında tapmaq olar. Həmin restoran Ənvər Seyidəliyevin özünə məxsusdur.

Şikayətçilərin məlumatlarını araşdırmaq məqsədi ilə biz Ağsudan olan digər mənbəyə müraciət etdik. Mənbə şikayətçilərin məlumatlarını təsdiqləməklə yanaşı Ağsuda bir neçə gündür total yoxlamaların aparldığını bildirdi.

Mənbəninin sözlərinə görə bu yoxlamalar nəticəsində Ağsuda bir neçə məmurun həbs olunması qaçınılmaz olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
azerinfo.az

...