Siyasət

Natiq Cəfərlini kim “devirdi”? – Parlamentin ən gənc deputatı olacaq…

Növbədənkənar parlament seçkisinin sürpriz nəticələrindən biri də 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində qeydə alınıb. Çoxları bu dairədən tanınmış iqtisadçı-ekspert, REAL-çı Natiq Cəfərlinin yeni parlamentdə təmsil olunacağını proqnozlaşdırsa da, 48,5% səslə YAP-ın gənc namizədi Səbinə Xasayeva qalib elan edilib.

Hazırda Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədr müavini olan Səbinə Səməd qızı Xasayevanın 26 yaşı var – 1994-cü ildə anadan olub. Azərbaycan Xarici Dillər Universitetinin bakalavr pilləsini bitirib, Azərbaycan Neft və Sənaye Universitetində magistr təhsili alan S.Xasayevanın bioqrafiyasında başqa hər hansı maraqlı məlumata rast gəlinmir. Və belə bir xanımın cəmiyyətin kifayət qədər tanıdığı N.Cəfərliyə qalib gəlməsi olduqca maraqlı görünür…

YAP-ın namizədlər siyahısı elan olunandan sonra mətbuatın “qurbanlıq namizədlər” siyahısına saldığı şəxslər sırasında S.Xasayeva da var idi. Lakin görünür, sonradan planlarda hansısa səbəblərdən dəyişikliklər baş verib…

“AzPolitika”

Bənzər yazılar

Back to top button