Hadisə

Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Goranboyda yol qəzası baş verib.

zToday.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1-i qadın, 2-i kişi olmaqla, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button