ManşetSiyasət

Azərbaycanlı ekspertlər Yerevanla danışıqlarda Bakının mövqeyinin dəyişmədiyinə əmindirlər

ABŞ-da Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başa çatıb. Vaşinqtonda danışıqları “konstruktiv”adlandırıblar.

Amma Bakıda ekspertlər bu nikbinliyi bölüşmürlər.

Qafqaz Politoloqları Klubunun rəhbəri İlqar Vəlizadə özünün Facebook səhifəsində “əlavə irəliləyiş” barədə elan olunsa da, dönüş həllərinin olmaması barədə yazıb.

Gözlənilir ki, Brüsseldə, Avropanın vasitəçiliyilə dövlət başçılarının qarşıdakı görüşündə (iyulun 21-nə planlaşdırılır) danışıqlar dinamikasının irəliləməsinə maneə yaratmamaq üçün tərəflərin mübahisəli məsələlərlə bağlı mövqelərinə düzəliş ediləcək, o hesab edir.

“Paşinyana prinsipial məsələlərin həllini təxirə salmaq sərfəli deyil. Hər şeyi bir anda həll etmək lazımdır. Onun populyarlığı azalır, adamlar bu qeyri-müəyyənlikdən əsəbiləşirlər, hər şey mahiyyət etibarilə aydındır. Uzatmaq nəyə lazımdır? Paşinyan sülh müqaviləsini imzalamaqla ona qarşı təşviqatı sonlandıra bilərdi ki, indi prezident Makron da buna qoşulub”, – Vəlizadə qeyd edib.

Keçmiş xarici işlər naziri Tofiq Zulfuqarov qeyd edib ki, ABŞ müsbət nəticə əldə etmək istəyilə Azərbaycan-Ermənistan danışıqlarına diqqətlə yanaşır. Aydındır ki, erməni tərəfi Laçın yolunun öz anlayışında açılmasını və Qarabağ ermənilərinin hüquqlarına beynəlxalq zəmanətlərə təminat verilməsini istəyir, diplomat deyib.

Bakının cavabı məlumdur- Azərbaycan erməni tərəfinin “Qarabağın özünümüdafiə qüvvələri” kimi təqdim etməyə çalışdığı işğalçı erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edir. Ermənistan həmçinin Zəngəzur dəhlizi üzrə öhdəliklərdən yayınır.

Tərəflər arasında daha bir prinsipial problem iki dövlət arasında gələcək sərhədin müəyyən edilməsidir, Zülfüqarov deyib.

“Hamı başa düşür ki, Amerika Konqresində ermənipərəst dinləmələrə və digər bu kimi tədbirlərə baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməyəcək”, – Zülfüqarov bildirib.

Respublika Alternativi Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli danışıqların uğursuz olmasında erməni tərəfi günahkar hesab edir.

“ABŞ-da bunu görürlər və erməni şirkətlərinin Rusiya biznesilə əməkdaşlığına görə cəzalandırılması ilə reaksiya verirlər. Əgər ermənilər regionda sülhə qarşı çıxsalar, daha ağır təzyiqlə üzləşəcəklər”, – Cəfərli hesab edir.

Bakının mövqeyi Qarabağ ermənilərini Azərbaycan dövlətinin həyatına inteqrasiya etmək niyyətindən ibarətdir. “Onların təhlükəsizliyinə zəmanətlər müzakirə oluna bilər”, – Cəfərli qeyd edib.

Natiq Cəfərli bildirib ki, onun partiyası bəzi beynəlxalq qurumlar tərəfindən Bakıya “ədalətsiz təzyiqlərin” aradan qaldırılması üçün Qarabağ ermənilərinin reinteqrasiyası üzrə tədbirlərə dair “yol xəritəsi”ni Azərbaycan hökumətinə təqdim etmək təklifilə müraciət edib.(Turan)

Bənzər yazılar

Back to top button