GündəmHadisəİqtisadiyyat

Azərbaycanın xaricdəki bəzi səfirliklərində nöqsanlar aşkarlandı

Azərbaycanın xaricdəki 5 səfirliyində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.

Milli Məclisdən verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.

Bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan, Bolqarıstan, İtaliya və Misirdəki səfirlikləridir.

Görülən tədbirlər nəticəsində maliyyət itkilərinin Tacikistan, Qırğızıstan və Bolqarıstandakı Azərbaycan səfirliklərindən ödətdirilməsi Palata tərəfindən qeydə alınsa da, İtaliya və Misirdəki səfirliklərdəki maliyyə itkisinin bərpası qeydə alınmayıb. Xarici İşlər Nazirliyindən Hesablama Palatasına bununla bağlı iş aparılması barədə məlumat verilib.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Bənzər yazılar

Back to top button