Dünya

Kəbə imamlarının müəllimi vəfat etdi

Məkkə Ümmül Küra Universitetinin müəllimi Prof. Dr. Əhməd Abdurrəzzaq Əl Kubeysi vəfat edib.

Təcili yardım təyyarəsi ilə Səudiyyə Ərəbistandan Türkiyəyə müalicəyə gətirilən Kubeysi İstanbul Medipol Xəstəxanasında həyatını itirib.

Türkiyə ilə yaxın əlaqəsi olan Kubeysi 30 ildən çox müddətdir ki, Məkkə Ümmül Küra Universitetində fiqh dərsləri keçirdi. Kubeysi dünyada tanınan İslam alimlərindən idi. Onun bəzi kitabları türkçəyə tərcümə olunub.

Professor Doktor Kubeysi çox sayda Kəbə imamının da müəllimi olub.
(Avropa.info)

Bənzər yazılar

Back to top button