AnalitikaBizim seçimSiyasət

Rauf Arifoğlu İqbal Ağazadəyə necə məğlub oldu?

9 fevral parlament seçkilərinin başa çatmasına sayılı günlər qaldı. Bütün parametrləri ilə bu seçki digərlərindən fərqlənməkdədir. Artq bir məqam da tam dəqiqdir ki, növbədənkənar parlament seçkiləri ilə bağlı bu gün ən çox müzakirə olunan və diqqət cəlb edən dairənin 35 saylı Xətai 3-cü seçki dairəsi olduğunu desək yanılmarıq. Heç şübhəsiz bu maraq və diqqətin əsas səbəbi bu dairədə Ümid partiyasının sədri İqbal Ağazadəyə Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlunun rəqib olmasıdır.

Hazırki gərginliyin real nəticəsi bir həftə sonra hər kəsə bəlli olacaq. Amma səsvermə rəsmiləşməsinə qədər bəzi məqamlar var ki, bu iki namizəd arasında açıq aşkar üstünlüyü ortaya qoyur. Bu məqamlardan biri sosial şəbəkələrdə aparılan sorğulardır. Dairənin əsas namizədləri bilinən vaxtda sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusuna çevrildi. Nəzərə alsaq ki, İqbal Ağazadə Partiya sədri, Rauf Arifoğlu isə Media – özü də ölkənin ictimai siyasi həyatında uzun illə önəmli rol oynayan bir media quruluşunun rəhbəridir onda qələbəni ikinci tərəfə hesablamaq lazım idi. Amma tam əksi baş verdi Partiya sədri özünü media hegemonu kimi tədim edən baş redaktoru biabırçı məğlubiyyətə uğratdı. Facebookda keçirilən bütün sosioloji sorğularda İ. Ağazadənin mütləq üstünlüyünə şahid olduq. Son günlərdə isə tanınmış hüquqşünas Aslan İsmayılovun öz səhifəsində keçirdiyi sorğu bu prosesə tam yekun vurdu. 20 minə yaxın adamın iştirak etdiyi sorğuda yalnız 5 faiz Rauf Arifoğlunu dəstəkləmişdi. Məsələ Baş redaktorun az sə yığması ilə məhdudlaşmır. Keçirilən bütün sorğularda sosial şəbəkə iştirakçıları İqbal Ağazadəni dəstəklədiklərini ifadə etməklə yanaşı Rauf Arifoğlu haqqında da xoş olmayan ifadələr işlədir. Bir sözlə, seçki ilə bağlı olan bu sorğulr bütövlükdə Rauf Arifoğlunun ölkə üzrə imicini tam ortaya qoydu. Əlində nə qədər böyük təbliğat maşını olsa belə belə imicə malik şəxsin hakimiyyət üçün də gərəksizliyi bəllidir. Başqa sözlə 35-ci dairədən seçki Facebookda keçirilməsə də, bu sosial şəbəkə bu dairənin namizədlərindən birinin hörmətini hər kəsə açıb götərdi.

Seçki nəticəsinə təsir edən amillərdən biri də təbliğat-təşviqat mərhələsində keçirilən görüşlərdir. Bu görüşlərə seçici marağı seçki günü namizədə verilən səsi birbaşa müəyyənləşdirir. İllərlə bu dairənin deputatı olmuş İqbal Ağazadənin həmin dövr fəaliyyəti seçicilərin onun namizədliyinə münasibətində özünü götərdi. Bu vaxta qədər R.Arifoğlunun keçirdiyi görüşlərin ən kütləvisi, yəni məktəb stadionundakı görüş iştirak edən seçici sayına görə İqbal Ağazadənin məhəllə görüşləri ilə müqayisə oluna bilər. Bu günlərdə İqbal Ağazadə Rauf Arifoğlunun icra hakimiyyətinin əli ilə asflt çəkdirərək ən çox güvəndiyi Naximov küçəsində möhtəşəm görüş keçirməklə dairədəki seçici üçün ona alternativ olmadığını təsdiqlədi. Beləliklə, seçkiyə çox az zaman qalarkən İqbal Ağazadə 35 saylı Xətai seçki dairəsinin şəriksiz fovariti olduğunu göstərdi. 9 fevralda isə bu göstəricinin seçici səsi ilə möhkəmlənəcəyi şübhəsizdir.

Orxan Lətifli

AzToday.az

Bənzər yazılar

Back to top button