“Düşün məni”nin ifaçısı qəzaya düşdü

Print Friendly, PDF & Email

Tanınmış müğənni Elvin Mirzəzadə avtomobil qəzasına düşüb.

“Aztoday.Az” metbuat.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı müğənni sosial şəbəkədə paylaşıb:

“İnsan həyatda üç şeylə sınağa çəkilir – canı, malı və əzizləri. Dünən avtomobil qəzası keçirdim. Çox şükür ki, özümə nəsə olmadı. Dünəndən bu yana xəbər bilib, hal-əhval tutanlara təşəkkür edirəm. Bir balaca maddi ziyana düşdüm. Amma şükür! Bundan ağır vəziyyətə düşə bilərdim. Kaş ki, hamı malıyla sınağa çəkilsin. Bu günümüzə şükür!”.

...