İdman

“Barselona” ilə PSJ arasında yeni savaş başlayır

Neymarın transferindən sonra “Barselona” ilə qarşı-qarşıya gələn PSG Angel Di Mariyanın baş tutmayan transferindən sonra kiçik gərginlik də yaşamışdı.

Fanat.Az xəbər verir ki, üçüncü pərdə isə Filip Koutinyo ilə gerçəkləşəcək. İki klub braziliyalı futbolçunu “Liverpul”dan almaq üçün “savaşacaq”.

İspaniyanın “Sport” qəzetinin yazdığına görə “Barselona”nın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi Koutinyo üçün PSJ də hərəkətə keçib. klub rəhbərliyi futbolçu ilə artıq ilk təması da qurub.

Fransa klubu Neymarın arzusuna əsasən hələ yay transfer dönəmində sözügedən futbolçunu almaq istəmiş, hətta “Barselona”dan daha çox pul təklif etmişdilər. Qəzetin yazdığına görə Neymar hələ “Barselona”dan ayrılmamış ABŞ-da toplanışda olduğu müddətdə Koutinyoya mesajlar yazaraq onu PSJ-yə keçməsi üçün yola gətirməyə çalışdığını yazmışdı.

Amma Koutinyo PSJ-nin təklifini geri çevirərək “Barselona”ya transfer üçün “Liverpuldan icazə istəmişdi. Hətta futbolçunun meneceri və yaxınları “Barselona” rəhbərliyi ilə bir araya gələrək məsələni müzakirə etmişdilər. Analizlərdə PSJ-nin Neymar və Mbappe transferləri səbəbindən yanvarda Di Mariya və Lukas Mouranı satmadan Koutinyonu ala bilməyəcəyi deyilir. Çox güman PSJ qış transfer dönəmində Koutinyoya “Hələ “Barselona” ilə anlaşma və yaya qədər bizi gözlə” deyəcəyi bildirilir. “Barselona” isə işi PSJ-nin daha rahat olacağı yay transfer dönəminə qədər həll etmək istəyir.

Bənzər yazılar

Back to top button