Dünya

Ərdoğan vatsapdan istifadədən imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”dan istifadə etməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Buna səbəb “WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Hazırda Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə edəcək. Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.

Bundan əvvəl ‘WhatsApp” istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button