GündəmManşetSiyasət

Əliyev Bakı-Yerevan-Tbilisi formatında siyasi məsləhətləşmələr aparmağa çağırıb

Azərbaycan Bakı, Yerevan və Tbilisi arasında üçtərəfli siyasi məsləhətləşmələrin fəallaşdırılmasının tərəfdarıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Tbilisidə bildirib.

“Bu gün bizim həm də Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var. Ermənistan hazır olarsa, biz bu formata bu gün başlamağa hazırıq”, deyə Əliyev Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, Bakı və Yerevan arasında sülh sazişinin imzalanması bütün Cənubi Qafqazda sülhün zəmanəti və yeni əməkdaşlıq imkanları üçün bir pəncərədir.

“Qarabağ müharibəsindən sonra yeni vəziyyət yaranıb. Yekun həll üçün Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Biz artıq beş təməl prinsipi Ermənistanla bölüşmüşük və ümid edirik ki, Ermənistan siyasi iradə nümayiş etdirib sülh danışıqlarına başlayacaq və Azərbaycanla sülh sazişi imzalayacaq”, deyə “Novosti-Gruziya” Əliyevdən sitat gətirir.

Əliyev Tbilisidə işgüzar səfərdədir. O, səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinə baş çəkib. (Turan)

Bənzər yazılar

Back to top button