CəmiyyətHadisəManşet

Məmur övladlarına hansı cəza verilib?

Son bir neçə ayda paytaxt yollarında səs-küylü bir neçə ağır yol nəqliyyat hadisələrinin şahidi olduq. Bunların əksəriyyətinin bahalı maşınları yüksək sürətlə idarə edən məmur övladlarına aid olması tamlığı ilə isbatlandı.

Ümumiyyətlə, bu kimi hadisələrin son bir neçə ayda mətbuatdan gizlədilməməsi, çılpaqlığı və daha sürətli yayılması maraqlı məqəmlardır. Əcəba, bir neçə il əvvəl məmurların harın övladları bahalı avtomobillərlərlə qəza törətmirdilərmi? Yaxud bu hadislər zamanı ölüm halları olmurdumu?

Olurdusa nədən içtimaiyyətdən gizlədilirdi? Yaxud indi nə baş verir ki, daha gizlətmək olmur?


Məmur savaşımı, yoxsa qanunların aliliyinin qorunmasımı? Bəlkə tamam başqa səbəblər… Məsələn, hansısa məmurun yaxın qohumu və ya övladının törətdiyi cinayət əməli gizlədilmirsə, başqasınkı niyə gizlədilməməlidir… və sairə. Bəlkə də lap başqa səbəb…

Bəzi müxalifətçilərin dili ilə desək, bizim bilmədiyimiz qaranlıqlar var. O qaranlıqlara işıq saldıqda aydın olur ki, burada qanunun aliliyindən, hər kəsin qanunlar qarşısında cavabdeh olmasından söhbət getmir.

Adi bir misal çəkəcəm. Ötən gün, ölkə mətbuatında belə bir xəbər yayıldı. Əksər saytlar bunu lap manşet xəbəri etdi. “2 kiloqram yağ ogurladığı üçün həbs edildi”. Məlumatın ən gülünc tərəfi isə bu cümlə idi: “Araşdırmalar aparılır”. Yoldaşlar, 2 kq yağ oğrusunun əməli araşdırılırsa və ona cinayət törətdiyi üçün cəza veriləcəksə demək ki, diğər cinatəylər də heç olmasa yağ oğrusunun cinayətinin araşdırılması qədər nəzarətda saxlanmalıdır. Araşdırılırmı?

Məsələn, son 2 hadisə barədə içtimaiyyətə verilən məlumatlara diqqət edək.


Bu ilin avqustunda Bakıda 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verdi. İlk əvvəl hadisəni törədənin kimliyini gizlətməyə çalışsalar da bu baş tutumadı. Bəlli oldu ki, hadisəni “Mercedes Galendewagen” avtomobili ilə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev törədib. Daha sonra rəsmi məlumat yayıldı ki, N.Allahverdiyev həbs olunub. Bəs sonra nə oldu? İndi N.Allahverdiyev hardadı? Ona hansı cəza verildi? Ümumiyytlə cəza verildimi? Araşdırmanın nəticəsi nə oldu? Hadisə nədən baş verib? Hələlkik bu barədə heç bir məlumat almaq mümkün deyil. Görünür ki, baş verən hadisəni unutdurmaq lazımdır. Daha sonra isə…

Bir neçə gün sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov bir qadını vurub öldürdü. Məmur ata isə oğlunun müdafiəsinə qalxaraq, qadının xəstə oğlduğunu söylədi. Maraqlı yanaşmadır. Qadının xəstə olmasının bu hadisəyə nə aidiyyətı var? Fakt budur ki, sənin övladın yüksək sürətlə kiminsə həyat yoldaşını, anasını, bacısını, nənəsini vurub öldürüb. Bir sözlə, cinayət törədib.

Yoldaş məmurlar. Yəni doğrudanmı övladlarınızın vurub öldürdüyü adamlar sizin gözünüzdə bu qədər çılızdırlar? Yoxsa sizin gözünüzü pul tutub bu cür görməyə vadar edir?

Yaxşı, Elmar İbadovun oğluna hansı cəza verildi? Kim araşdırdı bu cinayəti? İndi Elmar İbadov hardadır? Cinayət törətdiyi üçün peşmandırmı, yoxsa yenə öz kefində damağındadırmı?

İki günlük araşdırmanın nəticəsi olaraq Elmar İbadovun törətdiyi cinayət əməlinə aid heç bir qurumdan heç bir məlumat almaq mümkün deyil. Bəlli olan yalnız bir məlumat var. İstintaq da bitib, guya cəza da verilib. Hansı cəzaya gəlincə bu bəlli deyil. Kim verib ona cəzanı, nə zaman verib bu da bəlli deyil.

Maraqlı ölkədə yaşayırıq. 2 kq yağ oğrusu həbs olunur və cinayəti hələ də araşdırılır. Düz yolunu keçən adamı vurub öldürən məmur övladlarının cinayəti barədə heç bir bilği yoxdur.

Bizimxeber.az-ın araşdırması zamanı bəlli oldu ki, Elmar İbadovun cinayəti kökündən həll olunub. Yəni bu barədə nə qədər yazılsa da, deyilsə də heç bir nəticə olmayacaq. Çünki Elmar İbadov da, Nail Allahverdiyev də və onun kimi cinayət törədənlər məmur övladlarıdır. Onların cinayəti “ehtiyyatsızlıq”, adi adamın cinayəti isə “bilərəkdən” edilən hadisə hesab olunur.

Amma bir məqamı unutmayaq. Cəzasızlıq gələcəkdə daha böyük fəsadlara yol açır. Cinayət varsa, cəza da olmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət iki halda sarsılır – Cinayətkar cəzasız qalanda, günahsız cəza alanda”.
Bizimxeber.Az

Bənzər yazılar

Back to top button