“Qalatasaray” transfer bombasını partladır

Print Friendly, PDF & Email

“Qalatasaray”ın qış fasiləsində heyətinə qatacağı ilk futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, İstanbul klubu Kvadvo Asamoahı heyətinə qatacaq.

“Qalatasaray” qanalı ulduzu yayda transfer etmək istəyirdi. Lakin “Yuventus”un istədiyi transfer haqqı keçidin baş tutmasına əngəl olmuşdu. Turin klubunun heyətində bu mövsüm cəmi 3 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi artıq “Qalatasaray”la anlaşıb.

Başqa klublardan aldığı təklifləri rədd edən Asamoah xidmətində maraqlı olan klublara “Qalatasaray”la anlaşdım, yanvarda gedirəm” deyib.

Qeyd edək ki, “Yuventus” Asamoahı 2012-ci ildə “Udineze”dən 18 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 11 milyon avro qiymət qoyub.

...