Bizim seçimHadisəSiyasət

Zakir Fərəcovla İradə Gülməmmədovaya ağır zərbə

Abşeron rayonu bütünlüklə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun kurasiyasına verilib.

AzToday.az-a daxil olan məlumata görə, rayonun keçmiş başçısı Zakir Fərəcov Sumqayıt şəhərinin icra başçısı təyin olunandan sonra o müavini İradə Gülməmmədovanın başçı olmasını təmin edə bilir.

Razılaşmaya əsasən Zakir Fərəcov qeyri-rəsmi olaraq Abşeron rayonuna nəzarət etməli, bütün təyinatlar onun razılığı ilə həyata keçirilməli idi. Amma bir neçə ay öncə İradə Gülməmmədova açıq şəkildə Zakir Fərəcova tabe olmaqdan imtina edir. Nəticədə rayonun idarəolunmasında iki tirəlik yaranır. Çünki faktiki olaraq başçı İradə Gülməmmədova olsada rayondakı bütün vəzifəli şəxslər Zakir Fərəcovun adamlarıdır və onlar xanım başçıya tabe olmağa o qədər də həvəs göstərməyiblər.

Beləcə Abşeron rayonunun idarə olunmasında çətinliklər yaranıb. Amma bu günlərdə çıxış yolu tapılıb. Daxil olan məlumatda bildirilir ki, rayonun ümumilikdə idarə olunması qeyri-rəsmi olaraq Hacıbala Abutalıbova tapşırılıb. Bakı şəhərinin meri isə Abşeron rayonundakı rəhbər şəxsləri bir araya toplayaraq iclas keçirib və rəhbər şəxslərə ciddi iradlarını bildirib. Mənbənin sözlərinə görə o gündən bu günə qədər artıq rayonda bütün qərarlar İradə Gülməmmədva tərəfindən yox, Hacıbala Abutalıbov tərəfindən verilir. Zakir Fərəcov isə hələ ki, gözləmə mövqeyi tutub. Çünki İradə Gülməmmədovanın yaxınlarda görəvindən ayrılacağı gözlənilir.

AzToday.az

Bənzər yazılar

Back to top button