Mədəniyyət

«Maşın şou»da kobud səhv: əlini maşından götürdü, yarışda qaldı (FOTO)

Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı baş tutub.AzToday.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə səs verməyə Nazim Pişyari çıxarılıb.

Lakin aparıcı Murad Dadaşov bildirib ki, N.Pişyari bir gün öncə qaydanı pozaraq, əlini maşından çəkib. Bu isə video-kameralarda öz əksini tapıb. Bundan sonra isə ilk dəfə olaraq canlı yayımda səsvermə keçirilib və ən çox Arif Quliyevin fotosu atılıb. 58,64 faiz səs toplayan xalq artisti şouda qalıb və heç kəsi çıxartmayıb.

Qeyd edək ki, yarışmanın sonunda M.Dadaşov tamaşaçılarla sağollaşan zaman A.Quliyev əlini maşından götürərək, əl çalıb. Bu isə qayda pozuntusu olub. M.Dadaşov isə bunu görməzdən gəlib.

Bənzər yazılar

Back to top button