Bizim seçimGündəmManşetSiyasət

Vyanada Əliyev – Paşinyan danışıqları başlayıb

Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar Bakı vaxtı ilə saat 14:00-da Vyanada “Bristol” otelində başlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Ermənistan mənbələrinin məlumatına görə, danışıqlar iki saat davam edəcək.

Əvvəlcə iki ölkə liderinin, XİN başçılarının, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş keçiriləcək. Daha sorna Əliyev və Paşinyan təkbətək görüş keçirəcək.

Dünən axşam saatlarında Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçılarının görüşü keçirilib.

Ermənistan tərəfi Bakının Dağlıq Qarabağın danışıqlara cəlb edilməsinə razılığına nail olmağa çalışacaq.

Bənzər yazılar

Back to top button