İdman

Dünyanın ən bəxtsiz futbolçusu: DÇ üçün yığma dəyişdi, amma..

“DÇ-2018″in seçmə mərhələsinə damğa vuran ölkələrdən biri İslandiya oldu. Türkiyənin yer aldığı I qrupunu birinci yerdə bitirən islandlar tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazandı. 332252 nəfər əhalisi olan yığma dünya çempionatına qatılan ən az əhalisi olan ölkə kimi tarixə düşdü.

Fanat.Az xəbər verir ki, İslandiya ilə bağlı ən diqqət çəkən məqam ABŞ milli komandasının formasını geyinən Aron Yohannsson olub. 2013-cü ildə dünya çempionatında forma geyinmək şansının daha yüksək olduğu üçün ABŞ yığmasını seçən 26 yaşlı futbolçu amerikalıların mundiala vəsiqə qazana bilməməsindən sonra xəyal qırıqlığına uğrayıb.

Yohannsson “DÇ-2014″də bu arzusuna çatmışdı. Yığmanın mundiala yollanan heyətində yer alan island futbolçu ABŞ-ın Qana ilə ilk qrup matçında 23 dəqiqə oynamış, sonrakı görüşlərdə ehtiyatda qalmışdı.

“DÇ-2018″in seçmə mərhələsində ABŞ-ın son matçda qrupun bəlkə də ən zəif komandası olan Trinidad və Tobaqoya 1:2 hesabı ilə yenilərək “pley-off” şansını əldən verdiyi vaxtda, İslandiya millisi asanlıqla mundiala vəsiqə əldə etdi.

Bənzər yazılar

Back to top button