HadisəSiyasət

Gənc fəal polis tərəfindən döyülüb

Məlum olduğu kimi Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsinin dəyişməsi ilə bağlı bənayat yayıb. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib.
Bankdan bildiriblər ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib: “Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib”.

Bununla əlaqədar olaraq ölkə ərazisində süni qiymət artımı baş verib. Xüsusilə Bakı şəhərində ərzaq məhsullarında qiymətlərin artması və ərzaq qıtlığı diqqəti cəlb edir. Qiymətlərin süni şəkildə artırılması və inhisarçılıq faktları vətəndaşları narahat edir. Baş verənlərlə əlaqədar olaraq fevralın 26-da bir qrup gənc Sahil bağında etiraz aksiyası keçirib. Etirazçıların əsas şüarı “Qiymət artımına son qoyulsun!”, “İnhisarçılıqdan əl çəkin!” olub.

Etiraz aksiyasında əsasən müxalif siyasi partiyaların üzvü olan gənclər iştirak ediblər. Əraziyə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Hadisə zamanı «Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım» İctimai Birliyinin sədri Cəfərov Nicat Pənah oğlu polislər tərəfindən döyülüb. Nicat Cəfərovdan aldığımız məlumata əssən son günlər ölkədə baş verən süni qiymət artımı əhalini narahat edir: “Eyni zamanda hökumətlə bağlı olan şirkətlər inhisarçılıq edərək, süni ərazaq qıtlığı yaradırlar. Belə halların hökumət tərəfindən araşdırılmaması biz gəncləri narahat edir. Odur ki, biz etiraz aksiyası keçirməyi qərara aldıq. Lakin polis işçiləri aksiyaya kobud müdaxilə etdilər. Təxminən 4-5 polis işçisi məni rezin dəyənəklərlə döydülər. Hazırda aldığım xəsarətlərdən özümü pis hiss edirəm”. Hüquq müdafiəçisinin deməsinə görə polisin qeyri-adekvat müdaxiləsi nəticəsində aksiya başa çatdırılmadan bitib.

Bənzər yazılar

Back to top button