İdman

“9 hücumçu ilə oynayacağıq” – Mourinyo əsəbiləşdi

“Mançester Yunayted”in baş məşqçisi Jose Mourinyo İngiltərə Premyer liqasının 8-ci turunda “Liverpul”la matçdan öncə keçirilən mətbuat konfransında jurnalistin sualına əsəbiləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, jurnalistin verdiyi “Sabahki matça müdafiəyə meyilli heyətlə çıxacaqsınız” sualına əsəbiləşən portuqaliyalı mütəxəssis belə cavab verib:

“Bir müdafiəçi və doqquz hücumçu ilə oynayacağıq. Heç kim narahat olmasın”.

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu sabah, Bakı vaxtı ilə 15:30-da start götürəcək.

Bənzər yazılar

Back to top button