“Tramp hələ UNESKO-nun dəyərini öyrənməyib”- Qərb mətbuatı

Print Friendly, PDF & Email

Xəbər verildiyi kimi, ABŞ növbəti dəfə UNESKO-dan çıxdığını bəyan edib. Ağ Ev bunu təşkilatın anti-İsrail mövqe tutması ilə əsaslandırıb.Mətbuat isə Vaşinqtonun yeni addımını yalnız bir səbəblə- Tramp hakimiyyətinin lik günlərindən götürdüyü izolyasiyonizm kursu ilə izah edir. “Foreign Policy” jurnalı Birləşmiş Ştatların 1984-cü ildə, yəni Ronald Reyqanın dövründə təşkilatdan çıxdığını xatırladır:
“Həmin vaxt Reyqan UNESKO-nun korrupsiyaya bulaşdığını, habelə Sovet İtifiaqına meyl etməsini əsas göstərirdi. 2002-ci ildə isə Corc Buş təşkilatın mühasibatında artıq qayda-qanun yarandığını, habelə anti-İsrail və anti-Qərb əhval-rushiyyəsindən qurtulduğunu bildirərək ABŞ-ı yenidən onun sıralaına ger qaytardı”.
Jurnal bu vəziyyətin 2011-ci ilə qədər sürdüyünü bildirir. Həmin il ABŞ UNESKO-nun öz sıralarına Fələstini də daxil etməsindən sonra təşkilatın ümumi xərclərinin 22%-ni təşkil edən 80 milyon dollarlıq pulu ödəməkdən imtna edib və beləliklə, ABŞ-ın UNESKO-ya olan ümumi borcu 500 milyon dollara qədər çatıb. “Foreign Policy” dövlət katibi Reks Tillersonun bu böyüklükdə maliyyə sızıntısınını dayandırmaq istədiyini vurğulayıb. Bu səbəbdən UNESKO-nun İsrailin dini abidələrə qarşı tutdğu mövqeyini qınaması, habelə qədim Şevron şəhərinin Fələstin torpağı olaraq göstərməsi administrasiya üçün göydəndüşmə olub.
“The Wall Street Journal” Trampın bu addımını doğru hesab edib.

Qəzet UNESKO-nu hələ soyuq müharibə illərində Sovet İttifaqınn təsiri altında olduğunu, təşkilatın hazırkı baş katibi İrina Bokovanın isə kommunist keçmişə malik bolqar siyasətçisi kimi tanındığını, hətta BMT baş katibliyi uğrunda mübarizədə şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən dəstəkləndiyini vurğulayır.
Bundan başqa, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli də Suriyada öz xalqına qarşı qan udduran Bəşər Əsədin UNESKO-nun insan haqları komitəsində yer almasını əsl səfehlik adlandırıb.
İspaniyanın “El Pais” qəzeti isə Trampın ABŞ-ı UNESKO-nun tərkibindən çıxarmaq barədə qərarını onun olduqca təhlükəli strategiyasının növbəti nümunəsi adınadırıb. “Təsadüfi deyil ki, Tramp bununla paralel olaraq İranla imzlanan nüvə anlaşmasını tənqid edir və ondan çıxmağı düşündüyünü söyləyir”,- qəzet yazır.
Qəzet müəllifinin fikrincə, Reyqan dövründə ABŞ-ın UNESKO-dan çıxması daha çox taktiki gediş xarakteri daşıyıb. Tramp isə ABŞ-ın hazırkı dövrdə nə üçün bütün qlobal meydanlarda iştirak etməli olduğunu başa düşmür. “Əgər ABŞ UNESKO-nun İsraillə bağlı qərarlarını bəynmirdisə, etirazlarını elə təşkilatın öz çərçivəsində dilə gətirə bilərdi”, “El Pais”in məqaləsində yazılır.
Qəzet ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından çıxması məsələsinə də toxunub.
İspan qəzeti bu anlaşmanın sayəsində İranın hərbi nüvə proqramını dayandırdığını və Yaxın Şərqdə gərginliyin azaldığını düşünür.
“ABŞ-ın bu sazişdən mümkün çıxışı bütün dünyada sabitliyə sarsıdıcı zərbə olacaq və prezidentin öz ölkəsinin yönünü izolyasiyonizmə çevirməsi kursu hər kəsə olduqca baha başa gələcək”, qəzet xəbərdarlıq edir.
Almaniyanın “Der Spiegel” qəzetindən Mark Pitske ABŞ-ın İsraili bəhanə edərək UNESKO-dan çıxmasında təəccüblü br şey olmadığını vurğulayır. “Bu addım beynəlxalq öhdəliklər deyilən anlayışın Trampın heç vecinə olmadığını və onun Amerikanı dünyanın qalan hissəsindən ayırmaq niyyətindən xəbər verir.
Müəllif buarda ABŞ-ın həm də maliyyə maraqlarını güddüyünü də yazır: “Belə ki, ABŞ-ın təşkilata olan borcları 500 milyon dolları ötüb. İndi təşkilata ancaq bu borcları silmək qalacaq”.
“Dünya insanları UNESKO-nu dünyanın mədəniyyət irsini qoruyan təşkilat kimi tanıyır. Lakin onun fəaliyyət çərçivəsi daha genişdir. Bu qurum ideyaların, mədəniyyətlərin, informaisya, elm və təhsil problemlərinin, söz azadlığının, bərabərliyin, habelə irqi ayrı-seçkiliklə mübarizənin qlobal şəbəkəsinin qurulmasını həyata keçirir. Bütün bu problemlər isə Trampı sadəcə maralandırmır”, – məqalədə qeyd olunub.
Mark Pitske son prezidentin siyasi kursunun elə ancaq ABŞ-ı beynəlxalq institulardan uzaqlaşdırmaqdan ibarət olduğunu düşünür
Müəllif buna nümunə olaraq ABŞ-ın Sakit okean ticarət əməkdaşlığı təşkilatından və İqlim haqqında Paris müqaviləsindən uzaqlaşmasını, habelə Tehranla imzalanan nüvə sazişindən çıxmaqla hədələməsini, üstəlik, lap yanında, Şimali Amerika azad ticarət zonası haqqında sazişin (NAFTA) ləğv olunmasını istəməsini göstərir”.

...