İqtisadiyyat

MÖVSÜMOVDAN 100 MİLYON GERİ İSTƏNİLİR – “Təcili qaytar!”

“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib. “Report”un xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan “Bank Standard” QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib. Amma virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı – növbəti “kredit oliqarxı”, biznesmen Şahin Mövsümovdan gedir.

Məlum olub ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb.

Amma indi, yeri gəlmişkən, bir az əvvəl “Tərəqqi” medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: “100 milyondan çox manatı təcili qaytar!”

Rüfət Manafov

Bənzər yazılar

Back to top button