“Qalatasaray” liderliyini möhkəmləndirdi

Print Friendly, PDF & Email

Türkiyə Super Liqasında 8-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ötən gün daha 4 görüş keçirilib.

Lider “Qalatasaray” səfərdə “Konyaspor”a qalib gəlib. “Başakşəhər” evdə “Alanyaspor”dan güclü olub. “Göztəpə” səfərdə “Antalyaspor”u məğlub edib. “Karabükspor” isə öz meydanında “Kayserispor”a qalib gəlib.

14 oktyabr

“Karabükspor” – “Kayserispor” – 1:0
Qollar: Torxe, 77

“Antalyaspor” – “Göztəpə” – 1:3
Qollar: Yahoviç, 8 (0:1),, 19 (0:2), Maykon, 27 (1:2) Ömər, 90+2 (1:3)

“Başakşəhər” – “Alanyaspor” – 2:1
Qollar: Emre Akbaba, 10 (0:1), Emre, 18 (1:1), Adebayor, 26 (2:1)

“Konyaspor” – “Qalatasaray” – 0:2
Qollar: Qomis, 54, 77-pen.

...