Ən uzunömürlü insanlar bu ölkələrdə yaşayırlar – SƏBƏBLƏRİ

Print Friendly, PDF & Email

Dünyada insanların yaş, sağlamlıq məsələlərini araşdıran OECD humanitar təşkilatı ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələrin son siyahısını açıqlayıb. Qeyd edək ki, OECD rəsmi statistik rəqəmlərə yaşı 90-100-ü ötmüş insanların göstəriciləri ilə yanaşı, həmin ölkənin insanların sağlamlığına ayırdığı məbləği, göstərdiyi tibbi-humanitar yardımları da nəzərə alır. Təşkilat uzunömürlülüyün əsas səbəbi kimi məhz sağlam həyat tərzi və sağlamlığa edilən diqqəti önə çəkir.

Moderator.az saytı həmin siyahıdakı uzunömürlü sakinləri olan ölkələrin bəzilərini təqdim edir:

Uzunömürlü insanların çoxluq təşkil etdiyi ölkələrdə sosial-humanitar yardımlar, sığorta kartları, xüsusi xidmət göstəricilərinə malik olan xəstəxanalar, sağlam təbiət, sağlam məişət şəraiti, sağlam qidalar üstünlük təşkil edir.

Sıralamada ən uzunömürlü vətəndaşlara malik ölkələrdən birincisi Honk-Konqdur. Bunun ən əsas bir səbəbi var: o da canlı təbiətlə çox təmasda olmaq. Burada qadınlar ən tez 86 yaşında dünyasını dəyişir. Kişilərdə isə bu rəqəm 80-81-dir.

İkinci sırada dünyanın içində ayrıca bir dünya hesab edilən, toxunulmaz ölkə – İsveçrə gəlir. Yəqin ki, bu ölkədə insanların nə səbəbə çox yaşadığını göstərməyə o qədər də ehtiyac yoxdur. Burada orta yaş həddi 82-83-dür. Adambaşına düşən tibbi xərclərin miqdarı isə 5643 dollardır.

Növbəti ölkə məsafə baxımından İsveçrədən xeyli uzaqda olan, amma düşüncə, kültür və iqtisadi inkişafa görə ona “qonşuluq edən” Yaponiyadır. “Gündoğar” ölkədə də orta yaş həddi 82-84 arasında dəyişir. Amma adambaşına düşən tibbi xərclər İsveçrədən azdır. Burada hər bir adam orta hesabla öz sağlamlığına ildə 3213 dollar xərcləyir.

Siyahının növbəti ölkəsi isə İtaliyadır. Təbiət və sağlam həyat tərzinə önəm verən italyanlarda orta yaş həddi 82-dir. Hər bir italyan il ərzində sağlamlığı üçün 3012 dollar pul xərcləyir.

Qocalarla zəngin daha bir ölkə isə İslandiyadır. Heç kəslə işi olmayan bu ada dövlətində də insanların orta yaş həddi 80-82-dir. Adambaşına düşən tibbi xərcin məbləği 3305 dollardır.
İslandiyanın yalnız 14 faizi siqaret çəkir, hər bir adam isə orta hesabla il ərzində 8 litr spirt qəbul edir.

Uzunömürlülüyə görə növbəti pillənin sahibi olan İspaniyada insanların orta ömür yaşı 80-82-dir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 30 faizi 80 yaşdan yuxarı adamlar olacaq.

Avropanın ən çox yaşıyan qadınları Fransadadır. Fransız xanımlarda orta yaşam göstəricisi 86 yaşdır. Bunun əsas səbəbi də odur ki, Fransada hər adam ildə 4000 dollara yaxın pulu öz sağlamlığına xərcləyir. Burada yüz min adamdan yalnız qırxı ağır xəstəliklərdən sonra dünyasını dəyişir.

Yaşıl qitə adlanan Avstraliyada da insanlar çox yaşayır. İnsanların orta ömür yaşı 82-dir. Əhalinin 15 faizi siqaretdən istifadə edir. Amma hər adam öz sağlamlığı üçün il ərzində cibindən 3800 dollar pul xərcləyir.

Avropanın daha bir kurort mərkəzi olan ölkələrindən biri – İsveçdə orta yaş həddi 81-dir. Burada da siqaret və spirtdən o qədər də çox istifadə olunmur. Lap olunsa da belə, adambaşına düşən illk tibbi xərcin qiyməti 2239 dollar olduğundan onlar çulunu sudan çıxara bilirlər. OECD-in araşdırmalarna görə İsveç həm də xərçəngin az yayılmış ölkəsidir.

Yəhudilərin cəm halında məskunlaşdığı İsraildə də insanlar uzun müddət yaşamağı bacarır. İldə 2240 dolları hər bir yəhudi öz canına sərf edir və sağlamlaşır. Amma son illərin göstəricilərinə əsasən, İsraildə gənclər arasında tütün və alkoqola maraq artır.

...