Dünyanın ən qəribə canisi: həm qatil, həm cəsəd oğrusu (VİDEO)

Print Friendly, PDF & Email

Bütün seriyalı qatillərin hekayəsi ilginc olsa da, Ed Geynin həyatı daha ilgincdir. “Qaynarinfo” xəbər verir ki, tam adı Edvard Teodore Geyn olan bu cani həm də cəsəd oğrusudur.

Olduqca dominant bir ana ilə böyüyən Geynin həyatı normal axarda davam edib. Amma 39 yaşında anasını itirəndən sonra hər şey birdən-birə dəyişib.

Ölən anasını geri qaytarmaq üçün…

Onsuz da özünə qapanan biri olan Geyn atası və böyük qardaşından sonra həyatdakı yeganə yaxını olan anasını itirəndən sonra özünü tamamilə tənha hiss etməyə başlayıb. Tək arzusu ölən anasını həyata qaytarmaq olub. Bu səbəbdən anatomiya ilə maraqlanmağa başlayıb. Öyrəndiklərini həyata keçirmək lazım gəlir və bunun üçün tək yolu qəbristanlıq olur. Beləcə cəsəd oğrusuna çevirilir. Gecələr evinin yaxınlığındakı qəbristanlıqdan cəsətləri çıxararaq üzərində təcrübələr aparmağa başlayıb.

Qadın bədəninə maraq

Cəsədlərlə təcrübə onun qadın bədəninə marağını artırıb və bir müddət sonra bu alışqanlıq halını alıb. Bir müddət keçdikdən sonra artıq anasını həyata qaytara bilməyəcəyini anlayır və hadisələr fərqli məcraya qədəm qoyur. Anası ilə eyni yaşda, bənzər bədənə sahib bir qadını öldürərək dərisini soyub. Bu dərinin üzərindən anasının paltarlarını geyinərək gəzməyə başlayıb. Anasını geri qaytara bilməyəcəyini anlayaraq onun yerinə keçməyə qərar verib. Özünü xədm etməyə qərar versə də, buna cəsarəti tapmayıb və qadın bədəninə duyduğu marağı qadın paltarları geyinməklə aradan qaldırmağa çalışır. Qadın bədəninə marağı böyük olsa da, həyatı boyunca heç bir qadınla birlikdə olimayıb.

İnsan dərisindən bəzək əşyaları…

Bir müddət sonra insan dərisi emalında ustalaşan Geyn oğurladığı cəsədlərdən kəsdiyi dərilərlə bəzək əşyaları düşəltməyə başlayıb. Həbs olunduğu zaman evindəki zibil qutusundan stola, kəmərdən stəkan altlığına qədər insan dərisindən hazırlanmış bir çox əşya tapılıb. Həm öldürdüyü insanlardan, həm də qəbristanlıqdan oğurladığı cəsədlərdən ayırdığı parçalarla evini dekorasiya edən Geyn ələ keçən zaman evindəki mənzərə görənləri dəhşətə gətirib. O, etirafında cinayət işləyərkən tək məqsədinin evini bəzəmək olduğunu bildirib.

ABŞ-ın ən qəribə qatillərindən olan Ed Geyn bütün bunlara rəğmən şizofreniya diaqnozu ilə həbsxana əvəzinə xəstəzanaya yerləşdirilib və həyatının qalan hissəsini orda keçirib.

...